“Azərbaycanda da məni sevənlər var” - MÜSAHİBƏ

“Azərbaycanda da məni sevənlər var” - MÜSAHİBƏ
  20 Noyabr 2013    Oxunub:3327
O “Al yazmalım” serialından sonra məhşurluğun qapısını açdı. Yaraşıqlı, ala gözlü Kıvanc Tatlutuğ və Türk serialının “sarısı” adlanır. İndi “Bir aşk hekayəsi” serialının “Korkut”udur. Seçkin Özdəmirlə müsahibə maraqlıdır. Çünki kompleksləri yoxdu və rahatdı.

- Deyəsən həyatda oynamağı bacarmırsınız?

- Rol oynamaq normal adam işi deyil. Təsəvvür edin rahat oturmusunuz və çay içirsiniz. Birdən ağlamaq və ya bağırmaq lazımdır. Hər an fərqli olmaq məcburiyyətində oluruq. Ona görə mən normal həyatda oynaya bilmərəm.

-Geyiminizə baxanda insanın ağlından “küçə uşağı” fikri keçir.

- Əslində mən uşaqlıqda tam bir küçə uşağı olmuşam. Ailəmi çox üzməsəm də hər zaman başıma iş açmışam. (Gülür)

- Belə çıxır ki, o zaman rahat yaşamağı sevmirsiniz

- Əslində mənim həyat fəlsəfəm rahat yaşamaqdı. Vicdanımı incidəcək heç nə etmirəm.

- “Bir aşk hekayəsi” ndə əsl aşk insanısınz...

- Mən qısqancam. Sevgilimi çox qısqanaram. Amma bunu çalışıram çox hiss etdirib qarşımdakın yormayım. Çünkü şərt qoyub,” onu etmə bunu etmə “deməyi sevmirəm. Sevdiyimin mənim yaxın dostum olmasını istəyirəm. Birdə mənim sevgilim özünə güvənməlidir.

- Tez bir zamanda məhşur oldunuz. Zərəri ya xeyri varmı?

- Mən hələki məhşurluqdan zərər çəkəcək qədər deyiləm. Amma indi tanınmış olmağın keyfini çıxarıram. Heyranlarıma çox hörmət edirəm. Onlar olmasa onsuz biz bir heçik.

- Sizə yeni Kadır İnanır deyirlər.

- Mənə elə deyirlərsə, bu böyük bir addır. Kadır bəylə o xəstə olanda tanış olmuşam. O zaman onun nə qərər böyük insan olduğunu gördüm.

- Birdə çox maraqlı geyiminiz var.

- Rahat geyinməyi sevirəm. Dar köynəklər mənə görə deyil. Hətta köynəklərimin boynu dar olanda onu kəsirəm. Qalustuk bağlamağı bacarmıram və sevmirəm.

- Sırqa taxmağı sevirsiniz.

- (Gülür) Sevirəm. Düşünürəm ki, mən sirqa taxmaqla duruşumu itirmirəm.

- Yaraşıqlı və tanınmış..

- Bu heç önəmli deyil. İnsanın daxili yaxşı olmalıdı. Mərhəmətli olmaq önəmlidir. Mən sadiq bir insanam. Ailə bağlarına önəm verirəm. Hətta elə köhnə geyimlərim var ki, onları atmıram. Yenə də geyinirəm. Tanınmış olmaq keşmişinə hörmətin qarşısını almamlıdır.

- Azərbaycan oxucusu üçün nə deyirsiniz? Bilirsinizmi orda da sizi izləyirlər?

- Qardaş ölkəyə salamlarım var. Bir gün ora gedib məni sevən insanaları görməyi çox istəyirəm.

İlhami, Şəhanə

Qalereya




Teqlər:  





Xəbər lenti