Çingiz Qənizadə iranlı məhbusla görüşdü

Çingiz Qənizadə iranlı məhbusla görüşdü
  20 Noyabr 2013    Oxunub:1380
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvi, millət vəkili Çingiz Qənizadə Bakının Binəqədi təcridxanasında işgəncələrə məruz qaldığı bildirilən İran vətəndaşı Həsən Fərəci ilə görüşüb.
Deputat AzVision.az-a bildirib ki, inzibati həbs olunanların saxlanılma məntəqəsində Həsən Fərəcinin işgəncələrə məruz qalması ilə bağlı İranın “Aran” agentliyi tərəfindın yayılan məlumatlara aydınlıq gətirmək üçün görüşüb.

Görüş zamanı Həsən Fərəci bu cür məlumatların həqiqətə uyğun olmadığını, təxribat xarakteri daşıdığını bildirib, “Aran” agentliyinin yaydığı belə həqiqətə uyğun olmayan məlumatların ailəsinə də çox pis təsir edəcəyini vurğulayıb, həmçinin saxlanıldığı müddətdə hər hansı fiziki və psixoloji təzyiqlərlə üzləşmədiyini, saxlanma şəraitindən razı olduğunu qeyd edib.

Ç.Qənizadə eyni zamanda H.Fərəcinin saxlanıldığı kameraya baxış keçirib, kameranın isti və standartlara uyğun olduğunu bildirib.

H.Fərəci kamerada tək deyil. O, inzibati qaydada saxlanılan Azərbaycan vətəndaşı ilə birlikdədir.

Çingiz Qənizadənin məhbusla çəkdirdiyi şəkilləri təqdim edirik:





AzVision.az


Teqlər:





Xəbər lenti