Azərbaycanla Avropa İttifaqı ilə yeni viza müzakirəsi

  20 Noyabr 2013    Oxunub : 630
Azərbaycanla Avropa İttifaqı ilə yeni viza müzakirəsi
"Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyi Vilnüsdə sazişin imzalanmasında israrlıdır.
İctimai Birliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, məlum oldugu kimi, noyabr ayının 28-29-da Litvanın Vilnüs şəhərində Avropa İttifaqının “Şərq tərəfdaşlıgı” Sammiti keçiriləcək. Sammitdə Azərbaycan üçün olduqca əhəməiyyətli məsələlərin müzakirəsi gözlənilir. Belə ki, tərəflər, bəzi sahələr üzrə strateji əməkdaşlığa dair saziş, "mobility partnership" (Avropa İttifaqının əmək miqrasiyası siyasətinə dair xüsusi əməkdaşlıq forması), Azərbaycanın Avropa İttifaqının proqramlarında iştirakının genişləndirilməsi haqqında protokol və s. sənədləri imzalamağa hazırlaşırlar.

“Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyi bəyan edir ki, bu sammit Azərbaycan üçün bir çox problemlərin həllində başlangıc ola bilər. Belə ki, bu Sammitdə “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində Avropa İttifaqı 6 kecmiş Sovet Respublikası – Ukrayna, Belarus, Moldova, Azərbaycan, Ermənistan və Gürcüstan ilə demokratiya, qanunun aliliyi, insan hüquq və azadlıqlarına əsaslanan yeni münasibətlər qurmağa israrlıdır.

Vilnüsda müzakirə olunacaq əsas məsələlərdən biri də Avropa İttifaqı ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi ilə bağlı sazişin imzalanmasıdır. Saziş imzalanacağı halda Avropa İttifaqına gedən Azərbaycan vətəndaşlarına verilən vizanın qiyməti 30 manata endiriləcək, Avropa İttifaqına üzv ölkələrə vizaların vahid qaydada verilməsi (Avropa İttifaqının Viza Məcəlləsinə uyğun olaraq) tətbiq olunacaq ki, bu da mövcud viza rejiminin xeyli sadələşdirilməsi ilə nəticələnəcək. Eyni zamanda, Azərbaycan Respublikasının müəyyən qrup vətəndaşları Avropa İttiafaqının üzvü olan ölkələrə viza almadan gedəcəklər, Avropa İttifaqının üzvü olan ölkələrin bütün vətəndaşları isə Azərbaycana viza almadan səfər edə biləcəklər ki, bu da Azərbaycanda turizm potensialının inkişafına təkan verəcək.

Sammitdə əhəmiyyətli məsələlərdən biri də əmək miqrasiyası siyasətinə dair xüsusi əməkdaşlıq formasının müəyyən edilməsi ilə bağlı anlaşmadır. Bu sahədə razılıq əldə edilərsə Azərbaycan Respublikası ayrı-ayrı Avropa ölkələrində öz ölkə vətəndaşlarının əməkçi miqrant və ya mövsumi miqrant kimi əmək fəaliyyəti ilə məşğul olması imkanlarını əldə edəcək. Bu da Ruysiyadan qayıdan miqrantların yenidən işlə təmin olunması, onların həmin ölkələrə isrtiqamətlənməsinə şərait yaradacaq.

“Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyi olaraq ümid edirik ki, Azərbaycan Respublikası bu müqavilələrə qoşulacaq və bununla da Azərbaycanın Avropaya inteqrasiyasına təkan veriləcək.

AzVision.az

Teqlər: