Lukaşenko Bakıdadır

 Lukaşenko Bakıdadır
  20 Noyabr 2013    Oxunub:925
Aleksandr Lukaşenko Azərbaycana 2 günlük rəsmi səfərə gəlib.
AzVision.az-ın belarus mətbuatına istinadən verdiyi xəbərə görə, prezidentin təyyarəsi “Milli Minsk” Hava limanindan Bakıya uçub.

Səfər çərçivəsində Belarus və Azərbaycan prezidentlərinin görüşü və dövlətlərarası sənədlər paketinin imzalanması nəzərdə tutulub.

Qeyd edək ki, Belarus və Azərbaycan arasında əlaqələr çox sürətlə inkişaf edir. Son 6 il ərzində qarşılıqlı ölkələr arasında ticarət dövriyyəsi 6 dəfə artaraq 200 milyon dolları ötüb.


Teqlər:  





Xəbər lenti