Ən dəhşətli 5 cəza – ŞƏKİLLƏR

Ən dəhşətli 5 cəza – ŞƏKİLLƏR
  20 Noyabr 2013    Oxunub:7826
Qədim dövrlərdə insanlardan müəyyən etiraflar almaq və boyunlarına günahlarını qoymaq üçün müxtəlif işgəncələrdən geniş istifadə olunurdu. Bu işgəncə növləri onu göstərir ki, insanın içində necə vəhşiliklər gizlənir... Həmin cəzaların top beşliyini təqdim edirik:
5. “İudanın beşiyi”

Bu işğəncə aləti piramida formasında olurdu. Cəza verilən insanı onun düz təpəsində oturdurdular. Piramida tədricən həmin adamın anal keçidini parçalayaraq, bədəninə daxil olurdu. Təbii ki, işgəncə verilən şəxs ölürdü, amma ölənə qədər dəhşətli əzablar keçirir, qışqırıb yalvarır, alçalır, tamaşaya yığılanlar isə baxıb ləzzət alırdılar.



4. Çərçivə

İnsanın əlləri və ayaqları kəndirlə bağlanır, cəllad dəstəyi çevirdikcə kəndirlər daha çox dartılırdı. Bütün oynaqlar yerindən çıxdığından və əzələ vətərləri dartılıb qırıldığından, əzab verilən dəhşətli ağrı keçiridi. Adətən elə ağrının şokundan da ölürdülər.



3. Siçovul qəfəsi

Bu işgəncə növü qədim Çində geniş yayılmışdı. 16-cı əsrdə isə Hollandiyada təzədən popullyarlaşmışdı.
Əzab verilən insanı soyundurub stola bağlayırlar. İçində ac siçovullar olan qəfəs onun qarnının üstünə qoyulur, sonra isə qəfəsin dibi açılır. Siçovulları hərəkətə gətirmək üçün qəfəsin üstünə köz yığılır. İstidən qaçmaq istəyən siçovullar insanın qarnını gəmirərək, özlərinə yol açmağa çalışırlar.



2. “Mis öküz”

Bu işğıncə alətini Qədim Yunanıstanda Perill adlı bir mis ustası düzəltmiş və düşmənlərinə əzab verə bilməsi üçün Siciliya hökmdarı Falarisə satmışdı. Öküzün daxilinə insan qoyulur, sonra isə altında tonqal qalanırdı. İnsan diri-diri bişdikcə onun bağırtıları öküzün ağzından sanki böyürmək səsi kimi çıxır və ətrafdakıları əyləndirirdi. Yanıb qurtarandan sonra isə onun sümüklərindən bəzək əşyaları düzəldirdilər.
Onu da deyək ki, bu öküzün içində diri-diri bişirilən ilk insan elə Perill özü olmuşdu. Sonralar isə Falaris ...



1. Bambuk

Bambuk dünyada ən sürətlə böyüyən bitkidir. Onun Çində bitən bəzi növləri gündə 1 metrə yaxın uzanır.
Qədim Çində işgəncə verilən insanı ucu iti çərtilmiş bambukun üzərində oturdururdular. Bambuk gün ərzində böyüyərək, onun bütün daxili orqanlarını parçalayıb, əzabla ölməsinə səbəb olurdu.



Tariyel
AzVision.az



Teqlər:  





Xəbər lenti