Azərbaycanda 3 ayda 4909 nəfəri heyvan dişləyib

   Azərbaycanda 3 ayda 4909 nəfəri heyvan dişləyib
  19 Aprel 2019    Oxunub:2600
2019 -cu ilin ilk 3 ayı ərzində Azərbaycanda 4909 nəfəri heyvan dişləyib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, ötən ilin (2018) müvafiq dövründə heyvanlar tərəfindən zədə (cırmaqlama, dişləmə) almış 4682 nəfər müvafiq tibb müəssisələrinə müraciət edib.
Məlumata əsasən, insanlara zərər 90% itlər tərəfindən yetirilib. Heyvanlar tərəfindən insanlara yetirilmiş zərərin əsasən 40 %-i təhlükəli lokalizasiyanın ( əl, üz, baş, boyun ), 60%-i isə aşağı ətrafların payına düşür.

"Heyvan tərəfindən dişlənmə, cırmaqlanma və tüpürcəklənmə baş verdikdə dərhal tibb müəssisəsinə müraciət etmək lazımdır. Zərərçəkmiş şəxsə öncə ilkin tibbi yardım ( yaranın yaxşı yuyulması, işlənməsi ) göstərilməli, sonra isə sxemə uyğun antirabik peyvənd kursu tətbiq olunmalıdır. Təhlükəli nahiyələrdən zədə almış şəxslərə isə antirabik immunoqlobulin vurulmalıdır", - deyə qeyd olunub.

Aytən Zəhra
Azvision.az




Teqlər: Səhiyyə-Nazirliyi  





Xəbər lenti