Lukaşenko Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi - FOTO

Lukaşenko Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi - FOTO
  21 Noyabr 2013    Oxunub:1744

Belarus Prezidenti Aleksandr Lukaşenko Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib.

AzVision.az xəbər verir ki, Azərbaycanda rəsmi səfərdə olan Belarus Prezidenti Aleksandr Lukaşenko noyabrın 20-də Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Belarus Prezidenti Aleksandr Lukaşenko tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin xatirəsini yad edərək, məzarları üzərinə güllər qoyub.

Daha sonar Belarus Prezidenti Şəhidlər xiyabanını da ziyarət edib.

Belarus Prezidenti və nümayəndə heyətinin üzvləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etdilər.

Prezident Aleksandr Lukaşenko "Əbədi məşəl" abidəsinin önünə əklil qoydu.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Belarusun və Azərbaycanın dövlət himnləri səslənib.

AIi qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan paytaxtının mənzərəsini seyr etdi.

Qalereya




Teqlər:





Xəbər lenti