İlham Əliyev və Lukaşenko səfirliyinin yeni binasında

İlham Əliyev və Lukaşenko səfirliyinin yeni binasında
  21 Noyabr 2013    Oxunub:1044
İlham Əliyev və Aleksandr Lukaşenko Bakıda Belarus səfirliyinin yeni binasının açılışında iştirak ediblər.
AzVision.az xəbər verir ki, bu gün Bakıda Belarus Respublikasının Azərbaycandakı səfirliyinin yeni binasının açılış mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mərasimdə iştirak ediblər.

Mərasimdə Azərbaycanın və Belarusun dövlət himnləri səsləndirildi, Belarusun dövlət bayrağı qaldırıldı.

Prezidentlər səfirliyin binasının rəmzi açılışını bildirən lenti kəsdilər.

Məlumat verildi ki, səfirliyin binasının inşasına 2012-ci ilin iyununda başlanmışdır. Dörd mərtəbədən ibarət yeni binada həm səfirlik, həm də konsulluq idarəsi yerləşəcəkdir. Binada səfirliyin əməkdaşlarının səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. Ərazidə diplomatik korpusun nümayəndələri üçün beşmərtəbəli yaşayış binası da inşa olunub.

Prezidentlər səfirliyin binasında yaradılmış şəraitlə tanış olublar.

Sonra dövlət başçıları səfirliyin həyətində ağac əkdilər.

Daha sonra Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko Gəncə avtomobil zavodu ilə Belarusun traktor və avtomobil zavodunun birgə istehsalı olan müxtəlif təyinatlı texnika və avtomobillərlə tanış oldu.


Teqlər:  





Xəbər lenti