Prezident onları təltif etdi - SİYAHI

Prezident onları təltif etdi - SİYAHI
  21 Noyabr 2013    Oxunub:1245
Azərbaycan hakimləri və ədliyyə orqanlarının işçiləri təltif edildi.
AzVision.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikası hakimlərinin və ədliyyə orqanları işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, hakim vəzifəsini nümunəvi yerinə yetirdiklərinə görə, ədliyyə orqanlarında qulluq keçərkən fərqləndiklərinə, ədliyyə sistemində elm, səhiyyə sahələrinin inkişaf etdirilməsində, cəza-icra siyasətinin həyata keçirilməsində fəal iştiraklarına görə aşağıdakı şəxslər təltif edilsinlər:

"Tərəqqi" medalı ilə
Həsənova Fidan Maqsud qızı
İbrahimova Fəridə Həsən qızı
Məmmədli İsmayıl Oruc oğlu
Rəhmanov Nəhmət Əliguşat oğlu
Rüstəmov Əli Məhəmməd oğlu
Səfərov Rizvan Kamal oğlu
Süleymanov Ramiz Rəhim oğlu
"Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə
Bağırlı Məssurə İsa qızı
Carçıyeva Sevda Ələkbər qızı
Həsənov Kəmaləddin Həsən oğlu
Həsənov Mehdi Qasım oğlu
Hüseynov Ceyhun Ədalət oğlu
Xasiyeva Zima Kamal qızı
Xələfov Elçin Abuzər oğlu
Kərimova Reyhanə İbrahim qızı
Mahmudov Qəzənfər İsrafil oğlu
Məmmədov Eltun Cəlil oğlu
Səfərov Emin Hüseyn oğlu

Dövlət başçısı, həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama uyğun olaraq, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Azər Məmməd oğlu Cəfərova II dərəcəli dövlət ədliyyə müşaviri və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti rəisinin müavini Nizaməddin Qurban oğlu Cəlilova ədliyyə general-mayoru ali xüsusi rütbələri verilir.

Prezidentin digər sərəncamı ilə uzun müddət Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi işləmiş Bağır Həbib oğlu Əsədova hakim vəzifəsini nümunəvi yerinə yetirdiyinə görə "Əməkdar hüquqşünas" fəxri adı verilib.

Dövlət başçısı Mehman Allahverdiyevə "Əməkdar tibb işçisi" fəxri adının verilməsi haqqında da sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin tibb xidmətində uzun müddət işlədiyinə və yüksək peşəkarlıq göstərdiyinə görə Mehman Xıdır oğlu Allahverdiyevə "Əməkdar tibb işçisi" fəxri adı verilsin.


Teqlər:  





Xəbər lenti