Səlim Müslümovdan daha bir kadr islahatı
AzVision.az Avropa.info-ya istinadən xəbər verir ki, nazirin bu gün imzaladığı sərəncamla İmişli rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Barat Xəlilov tutduğu vəzifədən azad olunub.
Qeyd edək ki, Barat Xəlilov bu vəzifəyə keçmiş naziri Füzuli Ələkbərovun dönəmində təyin olunmuşdu.
Son dövürlər mətbuatda mütəmadi olaraq Barat Xəlilovun vəzifəsindən sui-istifadə etdiyi və aztəminatlı şəxslərə ünvanlı sosial yardım verilməsində saxtakarlığa yol verməsi haqda yazılar dərc olunurdu.
Teqlər: