Azərbaycana gələn turistlər: Ərəblər azalıb, çinlilər artıb

  22 Aprel 2019    Oxunub : 1615
 Azərbaycana gələn turistlər: Ərəblər azalıb, çinlilər artıb
2019-cu ilin yanvar-mart aylarında Azərbaycana dünyanın 157 ölkəsindən 610,8 min və ya 2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2,9 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Rəsmi statistikaya əsasən, ölkəmizə gələnlərin 28 faizi Gürcüstan, 27,4 faizi Rusiya Federasiyası, 11,3 faizi Türkiyə, 9,2 faizi İran, 3,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,8 faizi Ukrayna, 1,7 faizi Hindistan, 1,4 faizi İraq, 15,6 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 70,1 faizini kişilər, 29,9 faizini isə qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə ölkəmizə gələnlərin sayında daha çox azalma Qətər (48,5 faiz), İran (43,4 faiz), İsrail (41,7 faiz), Birləşmiş Ərəb Əmirlikləri (28,1 faiz) və İraq (24,8 faiz) vətəndaşları arasında qeydə alınıb.

Bununla yanaşı, Misirdən gələnlərin sayı 2,3 dəfə, Hindistan - 1,8 dəfə, Səudiyyə Ərəbistanı - 1,8 dəfə, Türkmənistan - 1,6 dəfə, Pakistan - 1,5 dəfə, Çin - 46,1 faiz, Yaponiya - 32,5 faiz, Gürcüstan - 22,9 faiz, Omandan isə 17,4 faiz artıb.

2019-cu ilin yanvar-mart aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,8 faiz artaraq 19,1 min nəfər, Körfəz ölkələrindən gələnlərin sayı 33,1 faiz azalaraq 106,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,1 faiz azalaraq 202,3 min nəfər olub.

Azvision.az

Teqlər: Turist