Yeni Papanın taxta çıxacağı vaxt müəyyənləşib

Yeni Papanın taxta çıxacağı vaxt müəyyənləşib
  09 May 2025    Oxunub:391
Yeni seçilən Roma Papası XIV Leonun taxta çıxma mərasimi mayın 18-də baş tutacaq.
Bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, mərasim Müqəəddəs Pietro meydanında keçiriləcək. Papa XIV Leo mərasimədək diplomatik korpus nümayəndələri ilə görüşəcək.

Xatırladaq ki, yeni papanın sələfi 88 yaşlı Papa Fransisk aprelin 21-də səhər saatlarında dünyasını dəyişib. O, ilk cənubi amerikalı Roma Papası idi.

AzVision.az


Teqlər: Vatikan   papa   taxt  





Xəbər lenti