DİN: "Ötən gün 61 cinayətin üstü açılıb"

   DİN:    "Ötən gün 61 cinayətin üstü açılıb"
  09 May 2025    Oxunub:424
Mayın 8-də polis əməkdaşları ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılmasına nail olublar.
AzVision.az DİN-in Mətbuat Xidmətinə istinadən bildirir ki, axtarışda olduğuna görə, ümumilikdə 139, o cümlədən borclu şəxs qismində barəsində axtarış elan edilmiş olan 97 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.

AzVision.az


Teqlər: DİN   saxlanmalar  





Xəbər lenti