4 aylıq körpənin başından “diş” çıxdı

4 aylıq körpənin başından “diş” çıxdı
  25 Aprel 2019    Oxunub:5196
ABŞ-ın Merilənd ştatında dünyada görünməmiş hadisə baş verib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, həkimlər dörd aylıq körpənin üzərində beyin əməliyyatı aparan zaman inanılmaz mənzərə ilə rastlaşıblar.

Belə ki, müayinələr əsnasında körpənin başında şiş olduğunu deyən həkimlər, cərrahi əməliyyat vaxtı yad cismin dişə bənzədiyini müəyyən ediblər.

Həkimlərin fikrincə, bu, tarixdə ilk dəfə rast gəlinən hadisədir. Əməliyyatdan sonra körpənin vəziyyəti stabildir. Onun həyatı üçün təhlükə yoxdur.

Azvision.az



Teqlər: ABŞ   Əməliyyat  





Xəbər lenti