Məmmədyarov Nalbandyanla görüşəcək

Məmmədyarov Nalbandyanla görüşəcək
  21 Noyabr 2013    Oxunub:1092
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan dekabrın 5-6-da Kiyevdə keçiriləcək ATƏT-in Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası çərçivəsində görüşəcəklər.

AzVision.az trend-ə istinadən xəbər verir ki, bu barədə cümə axşamı jurnalistlərə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Derek Xoqan bildirib.

O, qeyd edib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yönəldilmiş səyləri bundan sonra da dəstəkləməyə hazırdır.


Teqlər:  



Xəbər lenti