Arazda suyun səviyyəsi azalıb

Arazda suyun səviyyəsi azalıb
  26 Aprel 2019    Oxunub:1771
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçayda sululuq ongünlük normadan az olmaqla normanın 60, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda sululuq ongünlük normadan az və normaya yaxın olmaqla 50-100, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan çox olmaqla 150-250 faizini təşkil edir.
Departamentdən Azvision.az -a verilən məlumata görə, aprelin 26-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 325 kubmetr təşkil edib ki, bu da ongünlük normadan az olmaqla onun 46 faizinə bərabərdir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 35 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 159 kubmetrə bərabərdir ki, bu da ongünlük normaya yaxın olmaqla onun 89 faizini təşkil edir.

Aprelin 26-da Kür çayının aşağı axınında suyun səviyyəsi əsasən artıb. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 4 santimetr azalaraq 608 santimetr olub. Şirvan məntəqəsində suyun səviyyəsi 22 santimetr artaraq 397 santimetr təşkil edib. Salyanda suyun səviyyəsi 15 santimetr artıb və 389 santimetrə bərabər olub. Bankə məntəqəsində suyun səviyyəsi 9 santimetr artaraq 309 santimetr təşkil edib. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 5 santimetr azalaraq 350 santimetrə bərabər olub.

Azvision.az


Teqlər: ETSN   Çay  





Xəbər lenti