Zahid Oruc əsgərliyə getməyən deputatlardan danışdı

Zahid Oruc əsgərliyə getməyən deputatlardan danışdı
  21 Noyabr 2013    Oxunub:1784
“Gələcəkdə belə bir məsələ olacaqsa, bu, hər kəs tərəfdən anlayışla və müsbət qarşılanacaq”
Xəbər verdiyimiz kimi Azərbaycanda hərbi xidmətə çağırışla bağlı qanunvericiliyə dəyişikliklər hazırlanır. Yeni dəyişikliyə əsasən hərbi xidmət keçməyən şəxslərin bələdiyyə və parlament kimi seçkili orqanlarda təmsil olunmasını qadağan edilməsi gözlənilir.

İstər hərbi xidmətdə olan, istərsə də olmayan millət vəkilləri belə bir dəyişikliyin tərəfdarı olduqlarını mətbuata açıqlamalarında bəyan ediblər.

Milli Məclis üzvü Zahid Oruc da hərbi xidmətdə olmayan deputatlar sırasındadır. Yeni dəyişikliklərlə bağlı AzVision.az-a danışan deputat layihənin hazırlanmasına qarşı olmasa da, bəzi çatışmazlıqların olduğunu bildirib.

Z.Oruc layihədə “bələdiyyə” ifadəsinin lazımsız olduğunu hesab edir.

“Söhbət hərb işinin daha şərəfli bir status almasından gedir. Dövlət qulluğuna irəliliyə çəkilərkən belə şəxslərin məhz hərbi xidmətdən keçməsi istənilirsə, bu başa düşünüləndir, anlayışla qarşılanır. Təssüf ki, paralel şəkildə parlament üzvlərinin üzərində dayanaraq, onların tərcümeyi -halına, keçmişinə yönəlmək yalnış mövqedir. Çünki Sovet dönəmindən sonrakı illərdə hərbi xidmətə münasibətdə təhsillə hərbi xidmətin uzlaşdırılmasında müxtəlif qayda -qanunlar var. O üzdən bir çox şəxslər parlamet üzvləri olsalar da, bu xidməti keçə bilməyiblər. Lakin gələcəkdə belə bir məsələ olacaqsa, bu, hər kəs tərəfdən anlayışla və müsbət qarşılanacaq”-deyə deputat fikri bildirib.

Z.Oruc hesab edir ki, məsələnin ikinci tərəfi bələdiyyə üzvləri ilə bağlıdır:

“21 yaşda bələdiyyə üzvünün seçilməsi məsələsi bizim qanunda yer alıb. Elə həmin yaşda da şəxslər ali məktəbi bitirirlər. Onsuzda elə bir norma mövcud deyil ki, kimsə bələdiyyə üzvü seçildiyinə görə xidmətdən azad deyil. Bu səbəbdən də bələdiyyə ifadəsi orada tamamilə əsassız yer alıb. Faktiki olaraq, həmin şəxslər orduda xidmət edirlər. Bütün dövlət strukturlarına, xüsusən də güc orqanlarına şəxslərin işə qəbulunda hərbi xidmətdən keçmək mütləq tələb kimi öz əksini tapıb. İndi kimsə bunu əlavə olaraq, seçkili orqanlarda da reallaşmağını istəyirsə, bu da təbii qarşılanır və hamı tərəfindən də məqbul sayılacaq, amma bələdiyyə ifadəsini niyə kəşf ediblər, bilmirəm”.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti