“Mercedes” komandası Bakıda yeni rekorda imza atdı

   “Mercedes” komandası Bakıda yeni rekorda imza atdı
  28 Aprel 2019    Oxunub:2182
“Mercedes” komandası Formula 1 idmanı tarixində yeni rekord müəyyənləşdirib.
Azvision.az xəbər verir ki, bu uğura komanda Formula 1 SOCAR Azərbaycan Qran-Prisində əldə etdiyi qalibiyyətlə nail olub.

Belə ki, ilk dəfə olaraq ardıcıl dörd Qran-Pridə bir komandanın hər iki pilotu yürüşləri ilk iki pillədə qərarlaşıblar.

Qeyd edək ki, “Mercedes” komandasının pilotu Valtteri Bottas Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin qalibi olub.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər:





Xəbər lenti