“Şefild Yunayted” 12 illik fasilədən sonra Premyer Liqada

“Şefild Yunayted” 12 illik fasilədən sonra Premyer Liqada
  28 Aprel 2019    Oxunub:1910
“Şefild Yunayted” yeni mövsümdə Premyer Liqada çıxış edəcək.
Azvision.az xəbər verir ki, komanda bu uğuru Çempionşipdə sona 1 tur qalmış əldə edib.

Belə ki, “Lids Yunayted”in öz meydanında “Aston Villa” ilə 1:1 hesablı heç-heçə etməsindən sonra komanda “Norviç Siti”inin ardınca Premyer Liqaya yüksəlməyi təmin edib.

Beləliklə “Şefild Yunayted” 12 illik fasilədən sonra yenidən yüksək liqaya geri dönüb.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Premyer-Liqa   Futbol  





Xəbər lenti