Heydər Əsədovu o əvəz edəcək

Heydər Əsədovu o əvəz edəcək
  21 Noyabr 2013    Oxunub:1293
Vüqar Gülməmmədov Hesablama Palatasının sədri vəzifəsinə namizəd kimi irəli sürülüb
AzVision.az-ın məlumatına görə, bu barədə Milli Məclisin İqtisadi siyasət komitəsinin bugünkü iclasında müzakirə aparılıb.

İclasda çıxış edən komitə sədri Ziyad Səmədzadə tədbir iştirakçılarına Vüqar Gülməmmədov haqqında ətraflı məlumat verərək bildirib ki, o, 20 ildən çoxdur ki, maliyyə sistemində çalışıb:

"Vüqar Gülməmmədov uzun illərdir ki, Hesablama Palatasında şöbə rəisi vəzifəsində çalışır".

Komitə sədri onu da əlavə edib ki, son illərdə Hesablama Palatası fəaliyyətində çox böyük dəyişiklər qeydə alınır. Orada professional mütəxəssislər çalışıb".

İclasda çıxış edən millət vəkilləri Vüqar Gülməmmədovun Hesablama Palatasına yeni sədr təyin olunması təklifini yüksək qiymətləndiriblər.

Məlumat üçün bildirək ki, yeni sədrin namizədliyi müzakirələrin sonunda qəbul edilib.

Qeyd edək ki, Vüqar Gülməmmədov Hesablama Palatası Aparatının Xarici investisiyalı və infrastruktur layihələrinə nəzarət şöbəsinin müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, V.Gülməmmədov 1971-ci il aprelin 3-də Bakıda anadan olub, 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun istehsalın iqtisadiyyatı və idarəedilməsi fakültəsini bitirib. 1992-ci ildə Suraxanı Maşınqayırma Zavodunda tərcüməçi işləyib, 1993-1997-ci illərdə Suraxanı rayon Səhiyyə Şöbəsində baş mühasibin müavini, baş mühasib vəzifələrində çalışıb, 1997-2007-ci illərdə Maliyyə Nazirliyinin Suraxanı rayon Maliyyə İdarəsinin müfəttişi, rəis müavini, müdiri, Səbail rayon Maliyyə İdarəsinin rəis müavini, şöbə rəisi, Binəqədi rayon Maliyyə İdarəsinin rəis müavini, sektor rəisi, Yasamal rayon Maliyyə İdarəsinin rəis müavini, sektor rəisi olub.

Sonradan, 2007-ci ildən Hesablama Palatasının xarici investisiyalı və infrastruktur layihələrinə nəzarət şöbəsinin müdiri vəzifəsində işləyən V.Gülməmmədov Palatanın yaradılmasının 10 illiyi ilə əlaqədar və Palatanın fəaliyyətində xüsusi xidmətlərinə görə Azərbaycan prezidentinin 2011-ci il 31 oktyabr tarixli sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.

Ailəlidir, iki övladı var.

Sevinc


Teqlər:  





Xəbər lenti