Həsən Məmmədov anılıb

Həsən Məmmədov anılıb
  21 Noyabr 2013    Oxunub:1529
Xalq Artisti Həsən Məmmədovun 75 illik yubileyi münasibəti ilə noyabrın 21-də anım mərasimi keçirilib
AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının kollektivi və kino ictimaiyyətinin nümayəndələri ikinci Fəxri xiyabanda aktyorun məzarını ziyarət edib, məzarı üstünə əklil qoyublar.

Mərasimdə çıxış edən Əməkdar Artist Elxan Qasımov böyük sənətkarlarımızın çəkildiyi filmləri, oynadığı rolları yada salaraq bildirib ki, Həsən Məmmədov xoşbəxt sənətkardır. Vurğulayıb ki o, həm tarixi, həm müasir obrazlar yaradıb.
Elxan Qasımov dekabrda böyük sənətkarın xatirə gecəsinin keçiriləcəyini də söyləyib.

Qeyd edək ki, Həsən Məmmədov 1938-ci il noyabrın 22-də Salyan rayonunda doğulub. Azərbaycan Dövlət Teatr İnstitutunu bitirib. 1962-cı ildə məşhur səhnə xadimi Mehdi Məmmədovun kursunu bitirib və təyinatla Akademik Milli Dram Teatrına göndərilib.
Kino aktyoru kimi məşhurlaşan Həsən Məmmədov
“Azərbaycanfilm”də istehsal olunmuş “Böyük dayaq”, “Arşın mal alan”, “Gün keçdi”, “Arxadan vurulan zərbə”, “İstintaq”, “Dədə Qorqud”, “Axırıncı aşırım” və digər filmlərdə əsas rolları ifa edib.

Həsən Məmmədov teatr və kino sənətində göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikasının Xalq Artisti fəxri adına layiq görülüb.
O, 2003-cü il avqustun 26-da vəfat edib.


Teqlər:





Xəbər lenti