Zakir Həsənov: “Kadr islahatları davam edəcək”

Zakir Həsənov: “Kadr islahatları davam edəcək”
  21 Noyabr 2013    Oxunub:998
“Bundan sonra da hərbi xidmətə qayıdanlar olacaq”
“Müdafiə Nazirliyində kadr islahatları bundan sonra davam etdiriləcək”. Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Rusiya paytaxtında səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.

Z. Həsənov keçmiş müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin vaxtında istefaya göndərilmiş hərbçilərin yenidən vəzifəyə təyin olunmasına da münasibət bildirib.

General bildirib ki, yeni təyinatlar həmin hərbçilərin keçmiş müdafiə naziri tərəfindən istefaya göndərilmələri ilə əlaqəli deyil: “İstefada olan hərbçinin fiziki cəhətdən orduda xidmət etməyə imkanı varsa, yəni yararlıdırsa və hərbi təcrübəsi imkan verirsə, araşdırmalardan sonra həmin şəxsi ordu sıralarına dəvət edirik. İstefada olan hərbçilərdən bundan sonra da hərbi xidmətə qayıdanları olacaq”.


Teqlər:  





Xəbər lenti