“Qalatasaray” liderlik şansını əldən verdi

  29 Aprel 2019    Oxunub : 982
“Qalatasaray” liderlik şansını əldən verdi
Türkiyə Super Liqasında 30-cu turun son oyunları keçirilib.
Azvision.az xəbər verir ki, İstanbulun “Qalatasaray” klubu “Konyaspor”la qarşılaşıb. Fatih Terimin komandası 3 xal qazanmaq üçün meydana çıxsa da, görüş qolsuz heç-heçə ilə yekunlaşıb. Bu nəticə ilə “Qalatasaray” turnir cədvəlində liderliyə yüksəlmək şansını əldən verib.

Qeyd edək ki, 30 turdan sonra turnir cədvəlinə 62 xalla "Başakşəhər" başçılıq edir. "Qalatasaray" 60 xalla 2-ci, "Beşiktaş" isə 59 xalla 3-cüdür.

Azvision.az

Teqlər: Qalatasaray