Avroliqanın biletləri 100-dən çox ölkədən alınıb

  30 Aprel 2019    Oxunub : 869
Avroliqanın biletləri 100-dən çox ölkədən alınıb
Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final oyunu Azərbaycan üçün xarici ölkələrin vətəndaşlarının böyük maraq göstərməsi baxımından da əlamətdar olacaq.
Azvision.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, UEFA-nın onlayn satışa çıxardığı 21 min 500 ədəd bilet 100-dən artıq müxtəlif xarici ölkənin vətəndaşları tərəfindən alınıb. Bura finala yüksələcək komandalar üçün nəzərdə tutulmuş 12 min + 4 min (hər bir finalçı üçün 6 min bilet nəzərdə tutulub,

Finala yüksələcək komandaların istəyinə uyğun olaraq hər biri üçün daha 2 min bilet əlavə oluna bilər) daxil deyil. Bundan başqa, UEFA-nın tərəfdaşları, sponsorları üçün də ayrılmış 3 mindən çox bileti Azərbayan vətəndaşı olmayan şəxslər əldə edib. Avropa Liqasının finalı mayın 29-da olacaq.

Azvision.az

Teqlər: UEFA