İkinci olduq

İkinci olduq
  10 Mart 2013    Oxunub:1385
Azərbaycan klubu Çempionlar Liqasında ikinci oldu
Qadınlardn ibarət "Rabitə" voleybol komandası Çempionlar Liqasının finalında uduzaraq gümüş medalla kifayətlənib. ANS PRESS-in mnlumatına görə, təmsilçimiz həlledici qarşılaşmada Türkiyənən "Vakıfbank" klubuna 0:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, bu komandalar ötən il də Çempionlar Liqasının finalında qarşılaşmışdılar. Həmin matç da "Vakıfbank"ın qələbəsilə bitmişdi. Çempionlar Liqasında üçüncü yeri isə yarımfinalda "Rabitə"yə uduzan İtaliyanın "Yamamay" klubu tutub.

"Yamamay" təsəlliverici matçda Türkiyənin digər təmsilçisi "Qalatasaray"ı 3:2 hesabı ilə məğlub edib.


Teqlər:





Xəbər lenti