"Artıq bütün dünya bunu səbirsizliklə gözləyir" - Elman Rüstəmov

"Artıq bütün dünya bunu səbirsizliklə gözləyir" -  Elman Rüstəmov
  01 May 2019    Oxunub:3102
Ulu öndərimiz Heydər Əliyevin doğulub boya-başa çatdığı qədim Naxçıvanda keçirilən ənənəvi Beynəlxalq Şahmat Festivalına böyük maraq var. Artıq bütün dünya şahmatçıları bu turnirin keçirilməsini səbirsizliklə gözləyirlər. Bu il də ənənəvi olaraq festivalda çoxsaylı şahmatçı iştirak edir.
Azvision.az -ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov deyib.

Federasiya prezidenti “Naxçıvan Open-2019” Beynəlxalq Şahmat Festivalının açılış tədbirinin möhtəşəm olduğunu və festivalın beynəlxalq şahmat təqvimində mühüm yer tutduğunu bildirib.

E.Rüstəmov qeyd edib ki, festivalda 14 ölkədən təxminən 356 şahmatçı iştirak edir və onlar üç qrupda mübarizə aparacaqlar.

“Fürsətdən istifadə edərək, muxtar respublika rəhbərinə festivalın yüksək səviyyədə təşkilinə göstərdiyi dəstəyə görə minnətdarlığımı bildirirəm. Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının yeni seçilmiş sədri və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti təyin olunan Seymur Talıbova da gələcək fəaliyyətində uğurlar arzulayıram. Ümidvaram ki, muxtar respublikada şahmatın kütləviliyi və inkişaf etdirilməsi istiqamətində əməkdaşlığımız uğurlu nəticələr verəcək”.

Qeyd edək ki, bu gün “Naxçıvan 2019” Beynəlxalq Şahmat Festivalına start verilib.

Azvision.az


Teqlər: Şahmat   Naxçıvan   Elman-Rüstəmov  





Xəbər lenti