“Sumqayıt” ilk dəfə finala çıxdı

  01 May 2019    Oxunub : 946
“Sumqayıt” ilk dəfə finala çıxdı
Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib.
Azvision.az xəbər verir ki, günün ikinci matçında “Zirə” klubu “Sumqayıt”ı qəbul edib.

Maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşma 3:3 hesablı heç-heçə ilə yekunlaşıb. Beləliklə, "Sumqayıt" səfər qolları hesabına finala vəsiqə qazanıb.

Qeyd edək ki, mayın 17-də Naxçıvan şəhərində keçiriləcək finalda "Sumqayıt"la "Qəbələ" klubları üz-üzə gələcəklər.

Azvision.az

Teqlər: Kubok   Final   Sumqayıt