“Barselona” “Liverpul”u darmadağın etdi - Yenilənib

  02 May 2019    Oxunub : 2630
“Barselona” “Liverpul”u darmadağın etdi - Yenilənib
Çempionlar Liqasında yarımfinal mərhələsinin ikinci oyunu keçirilib.
Azvision.az xəbər verir ki, turnirin son finalçısı "Liverpul" səfərdə "Barselona"nın qonağı olub.

Çempionatda erkən final kimi dəyərləndirilən görüşdə hesab 27-ci dəqiqədə açılıb. Luiz Suaresin vurduğu qolla Katalon klubu önə keçib. Matçın ilk hissəsində qapılara əlavə qol vurulmayıb.

Qarşılaşmanın ikinci hissəsi maraqlı anlarla yadda qalıb. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda Lionel Messi əlavə iki qol vuraraq komadasına böyük hesablı qələbə qazandırıb. "Liverpul" isə "Barselona"nın səddini keçə bilməyib. Bununla da matç meydan sahiblərinin 3:0 hesablı qələbəsilə başa çatıb.

Qeyd edək ki, Çempionlar Liqasının ilk yarımfinal görüşündə "Ayaks" səfərdə "Tottenhem"i 1:0 hesabı ilə məğlub edib.

Azvision.az

Teqlər: Liverpul   Barselona