Dedi-qodu edənlər 7 manat cərimələnəcək
Bələdiyyə sədri Ramon Quico bildirib ki, rayonda dedi-qodu səbəbindən çoxsaylı davalar baş verir: “Dedi-qoduların çoxlu növü var. Lakin buradakı dedi-qoduların çoxu mülk, pul və eşq-məhəbbət məsələləri ilə bağlıdır. Belə bir qadağanın tətbiq edilməsinə səbəb insanlara söylədikləri hər bir şeyə görə məsuliyyət daşıdıqlarını xatırlatmaqdır. Qadağa ilə dedi-qodular səbəbi ilə yaranan davalar aradan qalxacaq və Binolon təhlükəsiz bir ərazi olacaq".
Bələdiyyə sədri, həmçinin vurğulayıb ki, dedi-qodunun olmadığı yer daha bərəkətlidir: “Çünki insanların başqaları haqqında mənfi fikirlər söyləməkdən başqa faydalı işləri olduğunu düşünürəm. Qanuna əsasən, dedi-qodu edərkən yaxalanan şəxslər və ya başqaları haqqında yalanlar uyduranlar ilk dəfə 200 peso (7 manat) və 3 saat zibil təmizləmə ilə cəzalandırılır. Eyni hal təkrarlandıqda, 1000 peso (35 manat) və 8 saat həcmində ictimai işlə cəzalandırılacaq.
Quico hesab edir ki, qanun söz və ifadə azadlığını məhdudlaşdırmır, əksinə insanları şər və böhtandan qoruyur. O, əlavə edib ki, artıq bəzi şəxslər dedi-qodu edərkən yaxalanıb və yeni qanuna əsasən cəzalandırılıb.
Kənan Məmmədov
AzVision.az