İdris İsayev istefa ərizələrini geri qaytardı - ÖZƏL
Qurumdakı mənbədən AzVision.az-a yeni məlumat daxil olub. Bildirilib ki, saytımızda dərc olunan xəbərdən sonra təşvişə düşən sədr İdris İsayev ərizələrin geri qaytarılması ilə bağlı tapşırıq verib. Belə ki, işdən çıxma ərizələri müfəttişliyin əməkdaşlarına geri qaytarılıb.
Məlumatda həmçinin qeyd olunur ki, dünən axşam saatlarında işçilərin ərizələri sədrə təqdim olunması üçün Nazirliyə aparılıb. Lakin, İdris İsayev və müavinləri ərizəni aparan şəxslərlə görüşməyiblər. Bir müddət gözlədildikdən sonra, İ.İsayevin köməkçisi onları qəbul edib və ərizələri müvəqqəti olaraq geri qaytarmağı məsləhət bilib.
Qeyd edək ki, dünən rəhbərlik tərəfindən Əmək Müfəttişliyinin rayon və şəhər bölmələri daxil olmaqla xidmətin bütün əməkdaşlarına işdən könüllü çıxmaq ərizəsi yazmaq tapşırılmışdı.
Sevinc İltifatqızı