Kürəkən qayınatası ilə "evləndi" - Kuryoz hadisə

Kürəkən qayınatası ilə "evləndi" -    Kuryoz hadisə
  03 May 2019    Oxunub:5509
Türkiyənin Manisa vilayətinin Soma rayonunda kürəkən qayınatası ilə evləndirilib.
Azvision.az xəbər verir ki, kuryoz hadisə Zəkəriyyə Qaradaş və Gülşah Yılmaz cütlüyünün başına gəlib.

Belə ki, nikah mərasimindən sonra evə gedən cütlük şəhadətnaməyə baxanda şoka düşüb. Çünki nikah məmuru səhvə yol verərək nikah kağızında Z.Qaradaşı rəsmən qayınatası, 56 yaşlı Müzəffər Yılmazla evləndirib.

Bundan sonra cütlük nikah evinə gedərək yanlışlığı aradan qaldırıblar.







Kənan Məmmədov
Azvision.az


Teqlər: Türkiyə   Qayınata   Hadisə   Evlilik   Kürəkən  





Xəbər lenti