Finalın vaxtı dəyişdirildi

  02 May 2019    Oxunub : 892
Finalın vaxtı dəyişdirildi
Türkiyə kubokunun final görüşünün vaxtı dəyişdirilib.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası müvafiq qərar qəbul edib.

Bildirilib ki, daha öncə 16 may saat 20:45-də oynanılması qərarlaşdırılan final qarşılaşması yayım planlarına edilən dəyişiklik səbəbindən 15 may 20:45-də keçiriləcək.

Qeyd edək ki, “Akhisarspor” və “Qalatasaray” komandalarının final qarşılaşması "Sivas Yeni 4 Sentyabr" stadionunda oynanılacaq.

Azvision.az

Teqlər: Futbol   Türkiyə