İlham Əliyev Livan Prezidentini təbrik etdi

İlham Əliyev Livan Prezidentini təbrik etdi
  21 Noyabr 2013    Oxunub:1315
AzVision.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Livan Prezidenti Mişel Süleymana təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Livan Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Livan arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Sizə ən xoş arzularımı yetirir, dost Livan xalqına əmin-amanlıq və rifah diləyirəm".


Teqlər:





Xəbər lenti