“Sosial şəbəkələrin həyatımızda mühüm rolu var” - Məmmədyarov
Nazirin sözlərinə görə, BMT Təhlükəsizlik Şurasında məsələlərin həllini yalnız daimi üzvlər həyata keçirə bilir.
"Sülh naminə təsisatlara toxunanda çoxtərəflilik prinsipindən istifadə etmək vacibdir. Dünya sürətlə dəyişir. 90-ci illərin əvvəllərində BMT- də gənc diplomat kimi fəaliyyət göstərmişəm. BMT hər zaman sülh naminə fəaliyyətə üstünlük verib".
E.Məmmədyarov qeyd edib ki, əsas məsələ səyləri bir araya gətirib, daha ucadan səsləndirməkdir. "Çünki BMT bir qətnaməni belə hasil edə bilmir. Rəqəmsallaşdırma çərçivəsində təzyiqlərə məruz qalırıq. Çünki sosial şəbəkələrin hər birimizin gündəlik həyatında mühüm rolu var, belə olan halda bu beynəlxalq münasibətlərə təsirsiz ötüşmür".
Aytən Zəhra
Azvision.az
Teqlər: XİN Məmmədyarov