Şərif Şərifov Dağıstanda çempion oldu

Şərif Şərifov Dağıstanda çempion oldu
  04 May 2019    Oxunub:3140
Dağıstanın Kaspiysk şəhərində keçirilən Əli Əliyevin xatirə turniri başa çatıb.
Azvision.az xəbər verir ki, yarışın son günündə daha iki güləşçimiz fəxri kürsüyə qalxıb. Finaladək Xox Xuqayev (Rusiya), Ömərhacı Məhəmmədov (Belarus), Tajudin Muxtarov (Rusiya) və Batırbek Tsakulova (Rusiya) qalib gələn Şərif Şərifov (92 kq) son görüşdə də sevinən tərəf olub.



Həlledici qarşılaşmada Rusiyanın daha bir təmsilçisi Əlixan Cəbrayılovu 7:4 hesabıyla məğlub edən dünya, olimpiya və Avropa çempionumuz Dağıstanda himnimizi səsləndirib.

Gitinoməhəmməd Hacıyev (70 kq) də finaladək irəliləyib. O, növbəylə Anzor Zakuev, Ruslan Boqatıryov və Ramazan Ramazanovu (hamısı Rusiya) üstələyib. Son görüşdə yerli idmançı Razambek Camalova uduzan Hacıyev gümüş medalı boynundan asıb.

Xatırladaq ki, dünən Nurməhəmməd Hacıyev bürünc medal qazanıb. Beləliklə, yığmamız Memorialdan bir dəst medalla ayrılıb.

Azvision.az


Teqlər: ŞərifŞərifov   Dağıstan  





Xəbər lenti