Lider “Başakşəhər”dən növbəti xal itkisi

  04 May 2019    Oxunub : 810
Lider “Başakşəhər”dən növbəti xal itkisi
Türkiyə Super Liqasında 31-ci tura start verilib.
Azvision.az xəbər verir ki, turun açılış oyununda lider "Başakşəhər" klubu səfərdə "Sivasspor"un qonağı olub.

Görüş qolsuz bərabərliklə başa çatıb. İstanbul təmsilçisi çempionluq mübarizəsində növbəti dəfə vacib xal itirib. Onun ən yaxın izləyicisi "Qalatasaray" mərkəzi qarşılaşmada "Beşiktaş"a qalib gəlsə, liderlə xallarını bərabərləşdirəcək.

Qeyd edək ki, hazırda "Başakşəhər"in 63 xalı var. "Qalatasaray" 60 xalla 2-ci, "Beşiktaş" isə 59 xalla 3-cüdür.

Azvision.az

Teqlər: Başakşəhər   Türkiyə