Ronaldo “Yuventus”u son anda xilas etdi

  04 May 2019    Oxunub : 899
Ronaldo “Yuventus”u son anda xilas etdi
Bu gecə futbol üzrə İtaliya A Seriyasının 35-ci turuna start verilib.
Azvision.az xəbər verir ki, turun ilk görüşü Turin şəhərinin təmsilçiləri “Yuventus” və “Torino” arasında keçirilib.

Qarşılaşmanın 18-ci dəqiqəsində “Torino” klubu hesabı açıb. Matçın 84-cü dəqiqəsində Kriştiano Ronaldo vurduğu qolla “Yuventus”u məğlubiyyətdən xilas edib.

Qeyd edək ki, 33-cü turda çempionluğunu rəsmiləşdirən "Yuventus"un 89 xalı var. “Torino” isə 57 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Azvision.az


Teqlər: Yuventus   İtaliya