Ən gözəl `Mercedes`dən zövq almaq olmayacaq - FOTO, VIDEO

  22 Noyabr 2013    Oxunub : 1700
Ən gözəl `Mercedes`dən zövq almaq olmayacaq - FOTO, VIDEO
`Mercedes-Benz` şirkəti Los-Anceles avtosalonuna möhtəşəm konsept sayılan AMG Vision GT-nin maketin gətirib. Maşın məxsusən `Gran Tourismo` oyunun azı bir ay sonra vizyona çıxacaq 6-cı versiyası üçün almanlar tərəfindən hazırlanıb. Bu gözəl maşın təəsüf ki, yalnız virtual gerçəklikdə sürülə biləcək.

Konsept-kar Mercedes-Benz AMG Vision GT yalnız, bu il 15 illiyini qeyd edən və 6 dekabrda altıncı versiyasını çıxardacaq olan Gran-Tourismo oyununda sürülə biləcək. Lakin Mersedesçilər məsləyə bir az reallıq qatıb maşının eyni ölçülərdə maketin hazırlayıb. Maşının maketi şirkətin Kaliforniyada açdığı araşdırma mərkəzin bəzəyəcək.

Özünün konseptliyinə və virtuallığına baxmayaraq Mercedes-Benz AMG Vision GT `konstruksiyasına` görə reallığa çox yaxındır. Karbon-alüminiumla sarılmış maşın böyüklüyünə baxmayaraq cəmi 1,38 ton çəkiyə malikdir. V8 cüt turbo üfürənlə 585 at gücündə (800 Нp) yarımhibrid mühərrik arxada yerləşir. Mühərriklə birgə 2 muftalı 7 pilləli robot maşına hərəkət verir. Hərəkəti barədə isə tam məlumat verilməsədə maşının hər 2 kilo ağırlığına bir at gücünün düşməsi sürətindən xəbər verir. Maşının dizaynı İtaliyada eksteryer isə Almaniyada hazırlanıb. Onu da əlavə edək ki, Mercedes-Benz AMG Vision GT bu oyun üçün hazırlanan axrıncı maşın olmayacaq. Oyunun yaradıcıları artıq bir neçə dizayn studiyasına yeni maşınların yaradılması təklifin verib. Yeni yaranmış belə gözəlçələr isə onlayn şəkildə oyuna əlavə ediləcək. AzVision.az olaraq sizə maşının şəkil və videosun təqdim edirik. Bundan yürüş zövqü almaq istəyənlər isə Gran Tourismo oyununun çıxışını gözləməli olacaq.

Foto


Teqlər: