MOİK Azərbaycan çempionu oldu

  04 May 2019    Oxunub : 742
MOİK Azərbaycan çempionu oldu
Birinci divizionda 25-ci tura yekun vurulub.
Azvision.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, "Qaradağ Lökbatan"a 2 cavabsız qolla qalib gələn MOİK çempionluğunu rəsmiləşdirib.

Belə ki, Ordu klubu sona 1 tur qalmış ən yaxın izləyicisi "Sumqayıt-2"ni 3 xal qabaqlayır. Sonuncu turda xallar bərabərləşsə belə, şəxsi oyunlarda rəqibindən üstün olan MOİK zirvədəki yerini qoruyacaq.

Azvision.az

Teqlər: MOİK