"Fənərbaxça"dan vacib qələbə

  04 May 2019    Oxunub : 669
"Fənərbaxça"dan vacib qələbə
Türkiyə Super Liqasında 31-ci turun oyunları davam edir.
Azvision.az xəbər verir ki, “Kasımpaşa” klubu doğma meydanda “Fənərbaxça”nı qəbul edib.

Görüş qarşılıqlı hücumlar şəraitində keçib. Hər iki tərəf qələbəyə yaxın olsa da, sonda sevinən tərəf qonaqlar olub. Beləliklə, "Fənərbaxça" səfərdə "Kasımpaşa"nı 3:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, bu qələbədən sonra xallarını 37-yə çatdıran "Fənərbaxça" 12-ci pilləyə yüksəlib. 38 xalı olan "Kasımpaşa" isə 10-cu sırada qalıb.

Azvision.az

Teqlər: Türkiyə   Fənərbaxça