"Barselona" səfərdə məğlub olub

  05 May 2019    Oxunub : 923
"Barselona" səfərdə məğlub olub
İspaniya La-Liqasında 36-cı turun növbəti oyunları keçirilib.
Azvision.az xəbər verir ki, "Selta" klubu öz meydanında lider "Barselona"nı qəbul edib.

Görüş gözlənilməz hesabla nəticələnib. Belə ki, meydan sahibləri 2 cavabsız qolla Katalon klubuna qalib gəliblər.

Qeyd edək ki, "Barselona" 83 xalla turnir cədvəlində birinci yerdədir və vaxtından əvvəl çempionluğunu rəsmiləşdirib.

Azvision.az

Teqlər: Barselona