"Əminəm ki, tapşırıqlarımız vaxtından əvvəl yerinə yetiriləcək"

"Əminəm ki, tapşırıqlarımız vaxtından əvvəl yerinə yetiriləcək"
  22 Noyabr 2013    Oxunub:917
"Aleksandr Qriqoryeviçə demişəm, MDB sammitinin gözəl təşkilinə, sammitin yaxşı nəticələrinə görə Belarusu bu tərkibdə bir daha təbrik etmək istərdim".

AzVision.az xəbər verir ki, bu sözlərlə prezident İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun şərəfinə verilən rəsmi naharda çıxış edib.

Prezidenti İlham Əliyev deyib: "Sizi Azərbaycanda bir daha ürəkdən salamlamaq istərdim. Sizin səfəriniz bizim dostluq münasibətlərinin inkişafında böyük əhəmiyyətə malikdir. Dünən və bu gün biz bu barədə çox danışmışıq və əminəm ki, nümayəndə heyətlərinin üzvləri də fəal ünsiyyət saxlayıblar.

Hesab edirəm ki, biz münasibətlərimizin dinamikasını və nəticələrini tamamilə eyni cür qiymətləndiririk. Mən 2006-cı ildə Belarusa ilk rəsmi səfərimi, sonra 2007-ci ildə Sizin Azərbaycana rəsmi səfərinizi xatırlayıram. Mətbuat konfransında Sizin qeyd etdiyiniz kimi, o vaxtdan biz ən azı ildə bir dəfə görüşürük. MDB sammitlərində iştirakımızı da nəzərə alsaq daha tez-tez görüşürük. Yeri gəlmişkən, lap yaxın vaxtlarda mən yenə Minskdə oldum. Aleksandr Qriqoryeviçə demişəm, MDB sammitinin gözəl təşkilinə, sammitin yaxşı nəticələrinə görə Belarusu bu tərkibdə bir daha təbrik etmək istərdim".

Prezident İlham Əliyev müstəqilliyin ilk dövrlərində Belarusun bəzi çətinliklərlə qarşılaşmasına baxmayaraq, uğurla inkişaf etdiyini vurğuladı. Azərbaycan dövlətinin başçısı ölkələrimiz arasında qarşılıqlı etimadın yüksək səviyyədə olduğunu qeyd edərək dedi:
"Biz məsələləri məhz qarşılıqlı rəğbət, qarşılıqlı dəstək və əlbəttə qarşılıqlı maraqlar nəzərə alınmaqla həll edirik. Təsadüfi deyildir ki, ölkələrimiz həmişə, bütün beynəlxalq qurumlarda bir-birini dəstəkləyir və həmrəylik nümayiş etdirirlər. Fikrimcə, bu da bizim qarşılıqlı münasibətlərin, qarşılıqlı hörmətin göstəricisidir. Əlbəttə, bu münasibətlər sayəsində biz artıq bu gün gələcək haqqında fikirləşirik. Son bir neçə ildə münasibətlərimizin dinamikası, mənim fikrimcə, ümumiyyətlə, ölkələrimiz, dövlətlərimiz arasında münasibətlərin tarixində xüsusi yer tutur".

Prezident İlham Əliyev Aleksandr Lukaşenkonun bu səfərinin də yaxşı nəticələr verəcəyinə əminliyini ifadə edərək bildirdi:
"Səfərin yekunlarını, imzalanmış sənədləri, əldə etdiyimiz razılaşmaları, növbəti görüşə qədər həyata keçirəcəyimiz tədbirləri çox müsbət qiymətləndirirəm. Ümidvaram ki, gələn il komissiyanın həmsədrləri bizə yeni uğurlar barədə məruzə edəcəklər. Əminəm ki, onlar hesabat verəcəklər ki, prezidentlərin tapşırığı hətta vaxtından əvvəl yerinə yetirilmişdir, bizim münasibətlərin bir sıra istiqamətləri üzrə olduğu kimi".

Azərbaycan Prezidenti İlham Əliyev ölkələrimiz arasında əlaqələrdə olduğu kimi, dünyada baş verən bir çox proseslərlə bağlı hər iki dövlətin mövqeyinin üst-üstə düşdüyünü məmnunluqla qeyd etdi.


Teqlər:  





Xəbər lenti