Partiya sədri Milli Şuranı “ürəyindən vurdu”
Milli Şuranın hazırki durumuna münasibət bildirən partiya sədri müxalif liderlərin ünvanına kəskin ittihamlar səsləndirib.
“Bizim görkəmlilərimiz İsa-Əli də Milli Şuranı tədricən keçmiş dam-durum, dambadurum təşkilatlarına, İctimai Palataya və s. və i.a çevirməkdədirlər, həmsədrlik təklif etdilər və əlbəttə ki, sevimli özlərini nəzərdə tutaraq. “Şuriklərə” təsirini itirən Eldar Namazov təzədən yeni təşkilat yaradır. O, hakimiyyətin, belə başa düşdüyü kimi, batan gəmisindən qaçandan sonra (dostlar, gəmidən birinci qaçanın necə adlandırıldığını siz yaxşı bilirsiniz), eyni insanlardan müxtəlif adlar altında yeni-yeni təşkilatlar yaratmağı bacardığını göstərib, hərçənd insanların sayı getdikcə azalır. Ziyalılar forumu var idi, ziyalılar toplantısı olub, ziyalı topası olmuşdu, El, Milli Şura, “YES” bloku olub (sonuncuda biz, sosial-demokratlar da iştirak edirdik). O, qılığa girən səslə “Nyu-Vasyuki” haqqında danışa-danışa inandırmağı bacırır. “YES” blokundan sonra bizim partiyamız indən belə heç kimlə blok və birliklərdə qovuşmamaq qərarını verdi. Hətta onun, hökmən kreativ adla “bəzəyəcəyi” və bizim milli-radikallarımız kimi, “bəlkə qaytardılar” fikrinə köklənmiş təqaüd yaşlı eksləri yığacağı, yeni təşkilatının necə adlanacağını bilməyə-bilməyə də, məncə, yenə də “xox” alınacaq”.
A.Əlizadə daha sonra seçki marafonundakı rəqibi Cəmil Həsənliyə də söz atmaqdan yan keçməyib.
“Birləşmiş Azərbaycan “şuriklərindən” vahid namizəd ulduz çağını yaşayır. O, Avropaların və Amerikaların bu ucundan girib, o birisindən çıxır, onu orada, Azərbaycanda situasiyanın sabitliyini pozmağa çalışan qərbli avantüristlərin yaxın ətrafına məxsus sima, Azərbaycan demokratiyasının atası kimi qəbul edirlər. O, getdikcə daha çox Yusif Sərrac – əfəli yox, başqa personajı, bütün Rusiya imperatorunun yaxın ətrafına məxsus olan, rus demokratiyasının atası – Kisa Vorobyaninovu xatırlatmağa başlayır. Vahid namizəd kimi, Kisa Vorobyaninov da Dövlət Dumasının deputatı üçün sədəqə xahiş-minnət edirdi. Məncə, burada şərhə də ehtiyac yoxdur”.
Rüstəm İsmayılov