"Çelsi"dən qələbə, "Qırmızı şeytanlar" məyus oldu

  05 May 2019    Oxunub : 759
"Çelsi"dən qələbə, "Qırmızı şeytanlar" məyus oldu
İngiltərə Premyer Liqasında 37-ci turun növbəti oyunları keçirilib.
Azvision.az xəbər verir ki, "Çelsi" öz meydanında "Uotford"la qarşılaşıb. Görüş London klubunun 3:0 hesablı qələbəsilə yekunlaşıb.

"Mançester Yunayted" isə səfərdə autsayder "Haddersfild"lə üz-üzə gəlib. "Qırmızı şeytanlar"ın səyləyinə baxmayaraq, görüşdə qalib müəyyənləşməyib. Matç 1:1 hesabı ilə nəticələnib.

Qeyd edək ki, xallarının sayını 71-ə çatdıran "Çelsi" 3-cü pilləyə yüksəlib. "Mançester Yunayted" isə 66 xalla 6-cıdır.

Azvision.az

Teqlər: Çelsi