“Qalatasaray” derbini qazandı, lider oldu

“Qalatasaray” derbini qazandı, lider oldu
  06 May 2019    Oxunub:2345
Türkiyə Super Liqasında 31-ci turun oyunları keçirilib.

Azvision.az xəbər verir ki, turun mərkəzi qarşılaşmasında "Qalatasaray" klubu "Beşiktaş"la üz-üzə gəlib.
Gərgin idman mübarizəsi şəraitində keçən görüş "sarı qırmızılar"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qalatasaray"ın heyətində Henri Onyekuru və Fernando fərqləniblər.

Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 63-ə çatdıran "Qalatasaray" turnir cədvəlində liderliyə yüksəlib. "Beşiktaş" isə 59 xalla üçüncü yerdə qərarlaşıb.

Azvision.az



Teqlər:





Xəbər lenti