Yataqxanada yaşayan 655 ailənin köçkün olmadığı aşkar edilib
Qeyd olunub ki, təkcə Abşeron rayonunda 1, Sumqayıtda 2, Bakıda 18 qəzalı vəziyyətdə olan yataqxana və tədris korpusunda məcburi köçkün statusu olmayan 655 ailə və ya 2.032 nəfər məskunlaşıb. Bu da ümumilikdə həmin obyektlərdə məskunlaşanların 37 faizini təşkil edir.
Dövlət Komitəsinin yerli sektor və nümayəndəliklərinə tapşırılıb ki, belə halların vaxtında aşkarlanması və təxirəsalınmaz tədbirlər görülməsi üçün komitəyə məlumat versinlər və yerli icra hakimiyyəti orqanları ilə birlikdə müvafiq tədbirlər görsünlər.
Azvision.az
Teqlər: Qaçqın