ABŞ Qarabağ münaqişəsi ilə bağlı mövqeyini açıqladı

ABŞ Qarabağ münaqişəsi ilə bağlı mövqeyini açıqladı
  22 Noyabr 2013    Oxunub:1031
Minsk qrupunun həmsədr ölkəsi kimi ABŞ münaqişə tərəfləri ilə işləməyə daim hazırdır.
Dağlıq Qarabağ münaqişəsinin yalnız davamlı və sülh yolu ilə həlli regiona stabillik və əmin-amanlıq gətirə bilər. ABŞ Dövlət Departamentinin nümayəndəsi Cen Psaki keçirdiyi brifinqdə belə deyib.

C.Psaki 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndinin səmasında Azərbaycanın rəsmi şəxslərinin olduğu vertolyotun vurulmasının ildönümü olmasını xatırladaraq bunun faciəvi itki olduğunu bildirib.

Dövlət Departamenti rəsmisinin sözlərinə görə, bu bir daha münaqişənin hərbi yolla həllinin mümkün olmadığını göstərir.

Azərbaycan və Ermənistan prezidentləri arasında bu həftə baş tutmuş görüşü xatırladan C.Psaki qeyd edib ki, Minsk qrupunun həmsədr ölkəsi kimi ABŞ münaqişə tərəfləri ilə işləməyə hazırdır.


Teqlər:





Xəbər lenti