İrandan idxal olunan xurmalarda virus aşkarlanıb? - AQTA-dan açıqlama
“Ölkəyə idxal edilən xurma məhsullarından da Agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinə edilir. Ekspertizanın nəticələri uyğun olduqda məhsullara qida təhlükəsizliyi sertifikatı verilir. Həmin sertifikatla sahibkarlar məhsulları yerli bazarda sərbəst ticarət dövriyyəsinə daxil edə bilirlər. İndiyədək qeyd etdiyiniz məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən hər hansı fakt qeydə alınmayıb”.
Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirir. Bununla yanaşı, konkret faktlara əsaslanan müraciətlər daxil olduqda, Agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar aparılır və adıçəkilən məhsul laborator müayinələrə cəlb olunur. Əgər vətəndaşların satış müəssisələrində satılan xurma məshulları ilə bağlı şübhələri olarsa, bu barədə Agentliyin 1003 “Çağrı Mərkəzi”nə zəng edib məlumat verə bilərlər.
Aytən Zəhra
Azvision.az