Akif Əlizadə: “AMEA-da ciddi kadr problemi var”

Akif Əlizadə: “AMEA-da ciddi kadr problemi var”
  22 Noyabr 2013    Oxunub:1374
“Azərbaycan Milli Elmlər Akademiyasında ciddi kadr problemi mövcuddur”.
AzVision.az apa-ya istinadən xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə deyib.

Akif Əlizadə bildirib ki, istedadı axtarmaq yox, becərmək lazımdır. Onun sözlərinə görə. AMEA-da istedadların yetişməsi üçün şərait yaradılması əsas götürülüb: “Gənclərin İntellektual İnkişaf Mərkəzi vardı, ancaq QHT statusunda idi. Ona görə də AMEA-nın institutlarında Gənc Alim və Mütəxəssislər şuraları yaradılır. Dekabra qədər institutlarda bu proses başa çatacaq və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası yaradılacaq”.

A. Əlizadə gənc alimlərin təcrübə üçün Avropaya göndərildiyini nəzərə çatdırıb. Onun sözlərinə görə, dünyada nüfuzlu elm-məlumat bazaları var: “İstəyirik ki, bu sahədə alimlərimizə təlimlər keçsinlər. Həmin super elm-məlumat bazalarından istifadə ilə əlaqədar bizdən pul istəyirlər, yəqin ki, o vəsaiti də tapacağıq”.


Teqlər:





Xəbər lenti