“Mançester Siti” yenidən liderliyə yüksəldi

“Mançester Siti” yenidən liderliyə yüksəldi
  07 May 2019    Oxunub:1676
İngiltərə Premyer Liqasının 37-ci turuna yekun vurulub.
Azvision.az xəbər verir ki, turun son qarşılaşmasında “Mançester Siti” ilə “Lester Siti” klubları üz-üzə gəliblər.

Mançesterdə keçirilən oyun meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu 70-ci dəqiqədə Vinçesnt Kompani vurub.

Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 95-ə çatdıran "Mançester Siti" turnir cədvəlində yenidən liderliyə yüksəlib. Onun əsas rəqibi “Liverpul” isə bir xal geri qalır.

Azvision.az



Teqlər: Premyer-Liqa  





Xəbər lenti